• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 12.05.2021 18:53

Gədəbəydə iki mülki şəxs minaya düşüb

KepezTV Player

Ötən gün 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Gədəbəy rayon sakinləri 26 yaşlı Kamran Namazov və 27 yaşlı Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşüblər. Namazov ağır yaralanıb, Səddam Nəsibov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.