• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 01.05.2021 17:14

Güləşçimiz ermənini udub çempion oldu

KepezTV Player

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində qızıl medal qazanıb. 70 kq çəki dərəcəsində yarışan idmançı finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 65 kq-da çıxış edən Sabir Cəfərov isə finalda Rusiyanın digər idmançısı Danil Xarçilavaya uduzaraq, gümüş medalla kifayətlənib. Beləliklə, xatirə turnirinə 3 güləşçi ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.