• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 28.04.2021 20:04

Qanı ilə tarix yazan Rəşid Abdullayev

KepezTV Player


Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçməkdir. Min əziyyətlərlə böyütdüyü oğluna, böyük arzular bəsləyən o valideynlər bu gün oğulları şəhid olduğu üçün, başını dik tutub, göz yaşlarını ovudaraq Vətən sağ olsun deyirlər. Belə igid oğulları olan Vətən, əlbəttə, həmişə sağ olacaq. İndi haqqında danışacağımız Rəşid Abdullayev də o qəhrəmanlardan biridir.

2002-ci ildə Samux rayonunda doğulan Rəşid Abdullayev orta məktəbi bitirdikdən sonra, 2020-ci ildə həqiqi hərbi xidmətə yollanır. Tarix müəllimi olmağı arzulayan Rəşid, hərbi xidmətini bitirdikdən sonra yenidən imtahanlara hazırlaşacaqdı. Lakin o, cəmi 18 yaşında olmasına baxmayaraq, qorxmazlığı və igidliyi ilə torpaqlarımızın azadlığı uğrunda qanı ilə tarix yazdı. Həm də silinməz bir tarix.

Şəhid valideynləri onunla təsəlli tapırlar ki, Rəşid cəmi 18 il yaşamasına baxmayaraq, mənalı ömür sürdü və əbədiyaşar ad qoyub getdi bu dünyadan. Neçə-neçə Rəşidlər azad, müstəqil ölkədə yaşasın deyə.

Ailəsi Rəşidin şəhid olması xəbərini noyabrın 9-da alır. İgid əsgər Bayraq Günü elə müqəddəs bayrağa bükülərək gəlir evinə.

Şəhid Rəşid Abdullayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Aişə Rzayeva