• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 28.04.2021 20:06

Türkiyənin Gəncədəki Baş Konsulunun "soyqırım" ifadəsinə münasibəti

KepezTV Player

ABŞ prezidenti Co Baydenin erməni soyqırımı ifadəsini işlətməsi bir neçə gündür Türkiyədə, eyni zamanda Azərbaycanda böyük etirazla qarşılanıb. Türkiyə Böyük Millət Məclisi Baydenin 1915-ci il hadisələrinə dair çıxışını pisləyən birgə bəyanat qəbul edib. Supergüc dövlətin rəhbərinin bu cür yanaşmasına qardaş ölkənin Gəncədəki Baş Konsulu da münasibətini bildirib.

Aprelin 24-də Co Baydenin məlum çıxışı onu dəstəkləyən və ya ətrafındakı siyasi ermənipərəst güclərin arxasında olduğunu göstərir. Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bu ifadəni kəskin şəkildə qınayıb və belə şər, böhtan xarakterli sözlər işlədən xalqın dönüb öz tarixinə baxmalarını məsləhət görüb.

Zeki Öztürk sözügedən ifadənin ABŞ-Türkiyə münasibətlərinə mənfi təsirindən də danışıb. Baş Konsul hazırkı dönəmdə onsuz da ölkələrin əlaqələrində bəzi problemli məsələlərin olduğunu, Co Baydenin soyqırım sözünü işlətməsindən sonra isə həmin məsələrin daha da uzanacağına diqqət çəkib.

Baş Konsul Azərbaycanın Türkiyəyə dəstək olaraq həmin çıxışa etiraz etməsini də minnəttarlıqla qarşılayıb.

Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı" ifadəsini işlədən ilk ABŞ prezidenti olub. 40 il öncə, ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqan o vaxt “erməni soyqırımı” üzərinə araşdırma aparılmasına tapşırıq verəndən sonra onun məsləhətçisi Bryus Feyn məsələn belə şərh edirdi: “Həmin vaxt Avropa ölkələrinin və Osmanlı imperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq. Araşdırmalar göstərdi ki, ermənilərin "soyqırım”la bağlı söylədikləri əsassızdır. “Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır".