• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 21.04.2021 11:32

Gəncəli güləşçi gümüş medal qazandı

KepezTV Player

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatında ikinci günə yekun vurulub. Sərbəst güləşçilərin ilk medal günündə 5 dəst mükafat öz sahibini tapıb. Azərbaycan millisinin 5 pəhləvanı həlledici görüşə çıxıb. Böyüklərin Avropa çempionatında debüt edən Turan Bayramov 70 kq-da finaladək rəqib tanımayıb. Gəncə güləş məktəbinin yetirməsi həlledici görüşdə rusiyalı idmançı ilə üz-üzə gəlib. Təəssüf ki, Bayramov uğurlu seriyasını davam etdirə bilməyib. Minimal fərqlə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.