Ölkə ərazisində koronavirusa yoluxanların sayı artır, xəstəlikdən ölüm halları da çoxalır. Məvcud vəziyyət Gəncədə Polisi hərəkətə keçirib. Hüquq mühafizə orqanlarının əməkdaşları şəhər ərazisində maarifləndirici reyd keçirib. Qapalı obyektlər, ictimai nəqliyyat, eləcə də insanların daha sıx olduğu yerlər hədəf olaraq seçilib.
Maarifləndirmə işləri şəhərin Heydər Əliyev, Atatürk, Nizami Gəncəvi prospektlərində aparılıb. Həmin ərazilərdə sakinlərlərlə fərdi izahetmə, xəbərdarlıq işləri aparılaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi izah olunub. Şəxsi gigiyena qaydalarına əməl etməyin, özünütəcrid tədbirlərinə uyğun davranmağın digər şəxslərlə kontaktda olmamağın, maskadan düzgün istifadə etməyin əhəmiyyəti vurğulanıb.
Fəaliyyətinə icazə verilən ticarət obyeklərində də satıcılara xüsusi karantin rejiminin bütün tələblərinə əməl etmək tövsiyyə edilib. Əks halda inzibati məsuliyyətin qaçılmaz olacağı xatırladılıb.
Bizim də məqsədimiz ondan ibarətdir ki, vətəndaşlarımız, şəhər sakinləri deyilənlərə əməl eləsin. Deyilən qaydalara əməl olunsun. O cümlədən sizin özünüzdə gələn müştərilərə tibbi maskadan düzgün istifadə qaydasını, əllərin spirtlənməsini, o cümlədən sosial məsafənin saxlanmasını onların diqqətinə çatdırmaq əsas amillərdəndir.
Polis əməkdaları şəhərdaxili sərnişin daşıyan avtobuslarda da qaydalara necə əməl edildiyini yoxlayıblar. Arakəsmələrin olması, maskadan istifadə diqqət mərkəzində olub. Sürücü və sərnişinlərlə maarifləndirici söhbərlər aparılıb.
Bundan başqa yaşı 65 yuxarı olan vətəndaşlarla da fərdi söhbətlər aparılıb. Onların zərurət yaranmadığı halda çölə çıxmamaları məsləhət görülüb. Reyd zamanı maskası olmayan vətəndaşlara maskalar da təqdim edilib.
Elnur Vahidoğlu
- Baxış: 821