• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1369
— 06.03.2021 16:26

Sərhədçilər ermənilərin basdırdıqları minaları zərərsizləşdirib

KepezTV Player

Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur.Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılışında Xidmət rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov belə deyib. Ermənistanla dövlət sərhəd xətti boyu sərhədçi-istehkamçılar tərəfindən 340 ədəd tank əley­hinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatların aşkarlanaraq zərərsizləşdirildiyi bildirilib.Yeni istifadəyə verilən dördmərtəbəli, 70 çarpayılıq Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılan şəraitlə tanışlıq olub. İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları COVID-19-a qarşı vaksinasiya edilib.