• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 05.03.2021 19:02

Müdafiə Nazirliyi Yuxarı Rəfədinli və Tağıbəyli kəndlərindən videogörüntülər yayımlanıb

KepezTV Player

Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər paylaşıb. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan yaşayış məntəqəsi 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Ağdam rayonunun Tağıbəyli kəndindən də videogörüntülər yayımlanıb. Tağıbəyli kəndi rayon mərkəzindən 20 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Suma kəndləriylə qonşudur. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Tağıbəyli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.