KepezTV Player
Bu gündən yaşı 50 və daha yuxarı olan şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyasına başlanılıb. Sözügedən şəxslər randevu.its.gov.az saytına daxil olaraq onlayn qaydada növbə götürməlidirlər. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə birinci dozanın vurulacağı tarix, saat və məkan barədə məlumat göndərilir. 28 gün sonra isə ikinci doza vurulur.
- Baxış: 385