• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 996
— 14.02.2021 19:08

Qaçırılan dənizçilər vətən döndü

KepezTV Player

Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan 15 türkiyəli dənizçi vətənə dönüb. Dənziçiləri İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb. 21 gün dəniz quldurlarının əsarətində olduqlarını bildirən gəmi kapitanı Mustafa Kaya bir meşədə girov saxlandıqlarını, silahlı adamlar tərəfindən psixoloji təzyiqlərə məruz qaldıqlarını, Türkiyə XİN tərəfindən uzunmüddətli müzakirələr aparıldıqdan sonra pul qarşılığında geri qaytarıldıqlarını bildirib. Yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılov Azərbaycana göndərilərək, doğulduğu Siyəzən rayonunda dəfn edilib.