• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1546
— 12.02.2021 12:02

Şuşa qalası bərpa olunur

KepezTV Player

Şuşa qalasının bərpa işlərinə başlanılıb. Bərpa prosesinə 22 mütəxəssis cəlb olunub. İlkin mərhələdə görülən işlərin gələn ayın sonlarına yekunlaşacağı gözlənilir. Növbəti mərhələdə daha geniş bərpaya başlanılacaq. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Arran memarlıq məktəbi üslubunda inşa edilən qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.