• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 02.02.2021 10:58

Gənc ölkə-gənclər ölkəsi, Azərbaycan

KepezTV Player

Gənclik gözəllikdir. Gənclik enerjidir..

Gənclik -cəsarətlə, çəkinmədən, gözüyumulu qorxularının üstünə getməkdir.

“Mümkünsüzü” mümkün etmək, bir əqidə-amal uğrunda gecəsini-gündüzə qatmaqdı gənclik..

Bir xalqın var olması, onun sabaha olan ümidir gənclik..

2 fevral ölkəmizdə gənclər günüdür.  Bu günün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun prezidentliyi dövründə ölkə gəncləri daim diqqət və qayğısını öz üzrlərində hiss ediblər. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər bir nəsil yetişib və yetişməkdədir.  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb..

Azərbaycanı gənc dövlət olmaqla yanaşı, gənclərin sayına görə "gənclər ölkəsi" də adlandırırlar. Tarixin bütün dövrlərində gənclik öz tükənməz enerjisi ilə, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb..Bu gün ölkəmiz öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycan gəncliyi ərazi bütövlüyünün təmin edilməsi istiqamətində göstərdiyi qəhrəmanlıqlar ölkə hüdudlarında kənarda danışılır və hələ üzün illər danışılacaqdır.  Azərbaycan belə vətənpərvər, dövlətinə-dövlətciliyinə bağlı, torpaqlarımızın bütövlüyü uğrun da canından keçən qəhrəman gənclər hesabına tarixi ədaləti bərqərar etdi, dünyaya sübüt etdi ki, biz böyük və məğrur xalqıx. Əziz gənclər bayramınız mübarək..