• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 08.02.2021 12:27

5-9-cu sinif şagirdləri parta arxasında

KepezTV Player

Tətbiq edilən yumşaldılma tədbirlərinin davamı olaraq 5-9-cu sinif şagirdləri də ənənəvi təhsilə cəlb edilib. Bundan irəli gələrək daha 20 min 661 şagird üçün məktəb parta arxasında davam edəcək. Təbii ki, xüsusi karantin rejiminin tələbləri gözlənilməklə.

Abdulla Kərimov - 22 nömrəli tam orta məktəbin direktoru: Tənəffüslər bu tədris ilindən 10 dəqiqədir. Həmin 10 dəqiqə ərzində pəncərələr açılır, siniflərin havalandırılması yerinə yetirilir. Həmin havalandırma vaxtı tənəffüs növbəli şəkildə təşkil olunubdur. Bizdə ibtidai siniflər birinci mərtəbədə, 5-9-cu sinifləri məsafə baxımından bir-biriləri ilə təmasda olmamaq üçün ikinci üçüncü mərtəbədə yerləşdirmişik. Havalandırma, dezinfeksiya işləri də hər tənəffüsdə aparılır.

Məqsəd tədris prosesinin pandemiya dövrünün tələblərinə uyğun təşkili, virusa yoluxma hallarına yol verməmək, dərslərin keçirilməsini tənzimləməkdir. Şəhərin bütün məktəblərdə tədris prosesi ara məsafəsi gözlənilməklə, dezinfeksiyaedici vasitələrlə təmin ediməklə, koronavirusa qarşı maarifləndirici yazılar vurulmaqla aparılır. 1160 şagirdin təhsil aldığı 27 nömrəli məktəb lisey də bu baxımdan istisna deyil.

Şahin Əzizzadə - direktor müavini: Mövcud təlimata uyğun olaraq bizdə məktəb liseyin dərs cədvəlini tərtib etmişik. Siniflər iki qrupa bölünür, şagirdlər qarşılanır qaydalara uyğun olaraq əlləri spirtlənir. Onların tempuraturu yoxlanılır və dərsə buraxılır. Dərslərimiz saat 9-un yarısı başlanılır.

Lalə Əkbərova - müəllim: Bu gündən etibarən gəlirik. Uşaqlar qorunur. Spirtimiz, maskamız var. Bacardığımız qədər riayət edirik.

başlanılması məktəbliləri sevindirməyə bilməz. 1 ilə yaxındır bir-birlərindən uzaq düşən sinif yoldaşlarının üzlərində təbəssüm, gözlərində sevinc var idi.

Zeynəb Hüseynzadə - şagird: 8 fevral tarixindən artıq məktəbə gəlirik. Yenidən əyani şəkildə dərslərə başlamışıq. Bütün sinif yoldaşlarım, müəllimlər üçün çox darıxmışdım.

Nuray Hüseynova - şagird: Mən bu gün çox sevincliyəm ki, məktəbə gəlmişik. Müəllimlərim, şagirdlər üçün çox darıxmışdım. Dərs prosesi siniflər 2 yarımqrupa bölünməklə partalarda sağ-sol qaydalarına uyğun şəkildə əyləşirlər.

Anar Qədiməliyev - Təhsil İdarəsinin müdiri: Bütün məktəblər 3 günlük rejimdədir. Biz bir mənalı demirik burada da məktəb özü tənzimləyir, məsələlərə baxır. Təbii ki, bizimlə razılaşırlar. Üç günlük dərs rejimində onlayn qaydada tədrisin təşkilini edirlər. Bildiyiniz kimi hibrid modeldir. Hibrid modeldə də dərslərin az hissəsi onlayn, çox hissəsi isə əyani qaydada təşkil olunur.

Xüsusi karantin rejiminə uyğun olaraq keçirilən dərslərə Təhsil İdarəsi tərəfinin məsul şəxsləri mütəmadi monitorinqlər keçirməklə nəzarət edirlər.

Elnur Vahidoğlu