• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 06.02.2021 20:48

201 nəfər COVID-19-dan sağalıb

KepezTV Player

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 231 022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib, aktiv xəstə sayı 2 905 nəfərdir.Ölkədə son sutka ərzində 6 582, hazırkı dövrədək isə 2 446 300 test aparılıb.