Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər yayıb. Tutqunçayın sahilində, Qonqur dağının ətəyindədir. Kəndin məşhur yerlərinə Qaramanqaya, Qurdtələsi, Qabıq qayası, Comərd qalası, Yarpızlıdərə, Qozludərə, Zoğallıdərə aiddir.
Videogörüntüsü yayılan daha bir ərazi Füzuli rayonunun Aşağı Veysəlli kəndidir. Kəndin adı Qarabağda orta əsrlərdə yaşamış Otuziki tayfasının Veysəlli oymağının adındandır. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Ağdam—Füzuli şose yolundan 6 km aralı, Qarasu çayının sol sahilində, düzənlikdədir.Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Füzuli rayonunun Aşağı Aybasanlı kəndinin sakinləri də əsasən heyvandalıq və əkinçiliklə məşğul olublar. Aybasanlı obası Hacılı camaatına aid olan şenliklərdəndir. XVIII yüzildə Cavanşir elinin Yağləvənd, Gecəgözlü, Seyidəhmədli oymaqlarına bağlı olan ailələr tərəfindən təşkil olunub. Oba 1823-cü ildə Hacılı camaatının tərkibində qeyd olunub.
- Baxış: 228