• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 22.01.2021 19:09

Küçələrə azərbaycanlı şəhidlərin adları veriləcək

KepezTV Player

"Gürcüstanda azərbaycanlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir sıra küçələrə onların adları verilib". Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar və 9 Aprel hadisələri mövzusunda elan etdiyi “Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsinin yekunlarına adi tədbirdə bu barədə danışılıb. Səfir Faiq Quliyev qeyd edib ki, gələcəkdə də Gürcüstan vətəndaşı olan azərbaycanlıların adlarının əbədiləşdirilməsi istiqamətində Gürcüstan tərəfi ilə işçi əməkdaşlıq formatında fəaliyyətlər davam etdiriləcək. Bu istiqamətdə Faxralı və Marneulidə küçələrə şəhidlərin adları veriləcək, büstlər, xatirə lövhələri quraşdırılacaq.