KepezTV Player
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Nadirxanlı kəndindən videogörüntülər paylaşıb. Nadirxanlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini qonşu Qiliçli kəndindən köçüb gəlmiş ailələr vaxtilə burada kolanı tayfasından olan Nadirxan adlı bir şəxsin binə yerində saldıqlarına görə belə adlandırılıb. Nadirxanlının ərazisində, eləcə də ətrafında çoxlu sayda gəzməli-görməli yerlər, dərələr, yaylaqlar, qışlaqlar və bulaqlar var.
- Baxış: 296