• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 15.01.2021 14:10

Uşaqlarda nitq problemləri

KepezTV Player

Gözəl nitq uşağın hərtərəfli inkişafı üçün vacib şərtdir. İxtiyari nitq qüsuru bu və ya digər dərəcədə uşağın fəaliyyətində və davranışında öz əksini tapır. Belə uşaqlar digərlərindən fərqləndiklərini dərk etməyə başladıqda səssiz, qərarsız və utancaq olur, tədricən özlərinə qapıla bilirlər. Ən vacibi isə həyatın əsas şərtlərindən biri olan ünsiyyətdən, kommunikasiya bacarığından məhrum olurlar. Nitq və ünsiyyət bacarıqları sonrakı biliklərin əsasını təşkil etdiyindən, uşağa vaxtında yardım göstərilməzsə, bu gələcəkdə daha mürəkkəb və arzuolunmaz halların yaranmasına gətirib çıxarar. Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır. Deməli onun inkişafı ətrafdakı bir çox faktordan asılıdır. Nəzərə alsaq ki, uşağın nitqi 5 yaşına qədər formalaşır ,deməli hər bir mərhələdə onun inkişafına müsbət təsir göstərmək mümkündür. Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmaması əksər hallarda inkişaf geriliyinə gətirib çıxarır.Nitqin səsləri artikulyasiya orqanlarının mürəkkəb hərəkət kompleksi nəticəsində yaranır. Hələ lap ilk günlərindən başlayaraq uşaq dili, dodağı və çənəsi ilə müxtəlif artikulyator mimik hərəkətlər edir. Təzə doğulmuş uşaq qeyri-iradi səslər çıxara bilər. Məsələn, qışqırıq, inləmə, aclıq, ağrı yaxud narahatlığı ifadə edən səslər. Bu səslərin nitqlə heç bir əlaqəsi olmadığına baxmayaraq, onlar çox vacib amildir, çünki, nitq aparatının üç bölməsinin ,yəni nəfəs, səs və artikulyasiya həssaslığının və müxtəlif hərəkətlərinin inkişaf etməsi üçün şərait yaradır. 2-3 ayında uşaq səsləri artikulyasiya etmək cəhdləri göstərir. Bu qığıltı adlanır. Əvvəlcə bu, adi melodik boğaz səsləridir, lakin sonra onlar get-gedə dəyişərək daha rəngarəng olur və təxminən 5 ayında uşaq böyüklərin dodaq hərəkətlərini təkrar etməyə çalışır. Əgər uşağın artikulyasiya aparatında bir problem olarsa bu onun qidalanması zamanı özünü büruzə verəcəkdir. Uşağın 1-11 aylıq dövrünü əhatə edən mərhələ nitqə hazırlıq mərhələsi adlanır.1 yaşından başlayaraq uşağın nitqinin inkişaf dövrü başlayır. Uşağın ilk sözləri ümumi məna daşıyır. Belə ki, o eyni sözlə həm əşyanı, həm istəyini, həm də hisslərini adlandıra bilər.Nitq inkişafı dövrü nitqin fonetik, leksik və qrammatik cəhətdən inkişaf dövrüdür. Nitq təqlid etməklə inkişaf edir. Buna görə də ətrafdakıların nitqi səlis, düzgün və gözəl olmalıdır. Əşyaların adını düzgün tələffüz etmək lazımdır. Heç vaxt uşaq dilində danışmaq olmaz. Bu dövrdə aktiv lüğətlə yanaşı uşağın passiv lüğəti də inkişaf edir.Gəlin, uşaqlarımızın artıq formalaşmış nitq qüsurlarını aradan qaldırmaqdansa, doğulduğu ilk gündən başlayaraq onun ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir göstərərək nitq qüsurlarını yaranmasının qarşısını alaq!