• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 951
— 12.01.2021 16:44

Dolları rəsmi məzənnədən baha satan şəxs tutulub

KepezTV Player

Daxili İşlər Nazirliyinin əməkdaşları Mərkəzi Bankın müraciəti əsasında əməliyyat keçiriblər. Qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən Nemət Məmmədov 40 min ABŞ dollarını 69.900 manata satarkən tutulub. Saxlanılan şəxs 1 ABŞ dollarını rəsmi dövlət məzənnəsindən yuxarı, yəni 1 manat 74 qəpiyə satışa çıxarıb.

Araşdırma zamanı Nemət Məmmədovun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olduğu müəyyənləşib, ondan qeyri-qanuni valyuta mübadilələri zamanı istifadə etdiyi maddi sübutlar, külli miqdarda yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərçələri maddi sübut kimi götürülüb.Saxlanılan şəxsin etdiyi hüquqazidd əməllər barədə qanunamüvafiq tədbirlər görülüb.