• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 09.01.2021 20:51

Pandemiyanın ekologiyaya təsiri

KepezTV Player

Yaşanan pandemiya qlobal səviyyədə ekologiyaya da təsir göstərib. Amma müsbət tərəfdən. Koronavirusun yayılmasının qarşısını almaq üçün dünyada hava, dəmir yolu və avtomobil nəqliyyatının hərəkətinin məhdudlaşdırılması atmosferə atılan çirkləndirici tullantıların miqdarını azaldıb. Ətraf mühitə sənaye istehsalının dayandırılması və elektrik istehlakının azalması da az təsir göstərməyib.

Mədinə Abışova ekoloq: Bakıda Babadağın zirvəsinin görsənməsi bizə göstərdi ki, təbiət necə dincəlib, sakitləşib,rahatlaşıb. 160 km babdağın zirvəsi görsəndi.

Statistikaya nəzər salsaq görərik ki, havanın çirklənməsi nəticəsində hər il 7 milyon insan həyatını itirir. Bundan başqa tənəffüs, yoluxucu, ürək, insult, ağciyər xərçəngi kimi xəstəliklərin yaranmasına da səbəb olur. Pandemiya dövründə alimlər dünya ölkələrinin çoxunda havanın çirklənməsində, xüsusən də azot oksidlərinin səviyyəsində kəskin azalma olduğunu aşkar ediblər. Digər tərəfdən maskalar, rezin əlcəklər və hətta plastik torbalar kimi birdəfəlik polimer məhsulların istehlakı artıb.

Mədinə Abışova ekoloq: Məşhur ekoloq deyib ki təbiətdən nəsə alırıqsa qarşılığını ödəməliyik. Bəşər tarixində çox belə pandemiyalar olub. Evə qapanmaq hər şeyin bitməsi deyil bundan sonra ekoloji marifləndirmə gücləndirilməlidi. Bu prosesə məktəbdən başlamaq lazımdır.

Mütəxəssislər koronavirus səbəbi ilə atmosferin təmizlənmə müddətinin müvəqqəti olacağını söyləyir. Hər halda ən azı bir müddət ətraf mühitin yaxşılaşdırılması davam edəcək və bu təbiətin bir hissəsi olan insanın sağlamlığı baxımından da müstəsna əhəmiyyət daşıyır.