• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 07.01.2021 12:48

Tramp tərəfdarları Konqresin binasına daxil olublar

KepezTV Player

ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ABŞ Konqresinin binasına zorla daxil olublar.Kapitoli binasında tərəfdarlarla polis əməkdaşları arasında toqquşmalar baş verib.Atışma zamanı sinəsindən ağır yaralanan qadın - Eşli Bebbit xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Paytaxt polisinin rəhbəri Robert Konti daha 3 nəfərin də öldüyünü deyib.Polis 52 nəfəri həbs edib. Vaşinqton şəhərinin hakimiyyəti şəhərin mərkəzində etiraz və iğtişaşlar fonunda 15 günlük komendant saatı tətbiq edib. Yeni seçilmiş prezident Cozef Bayden baş verənləri "qiyam" adlandırıb və Donald Trampdan televiziyaya çıxmağı, Kapitoliyanın "mühasirəsinə" son qoyulmasına çağırış etməyi tələb edib. ABŞ Prezidenti Donald Tramp tərəfdarlarına mürəciəti zamanı 2020-ci il seçkilərini heç vaxt qəbul etməyəcəyini və bununla bağlı güzəştə getməyəcəyini söyləyib.

Donald Tramp ABŞ prezidenti:“Mən sizin ağrınızı anlayıram. Seçkilər artıq keçirilib. Biz hər birimiz bilirik ki, bu seçkilər saxtalaşdırılıb. Bizim qələbəmizi oğurlayıblar. Amma indi isə siz evə getməlisiniz. Bizə sülh, sabitlik lazımdır. Biz kiminsə zərər çəkməsini istəmirik. Biz sizi sevirik”.

Donald Trampın hesabları dondurulub

Feysbuk, tvitter, instaqram sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarını dondurub. Yutub videohostinqi də Trampın etirazçılara videomüraciətini bloklayıb. Videohostinq bunu Ağ Ev rəhbərinin daxili qaydaları pozması ilə əsaslandırıb. Kapitoliya tərəfdarlardan təmizlənib, etirazçılar Konqres binasından çıxarılıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell Vaşinqtonda baş verənləri “ABŞ demokratiyasına və qanunun aliliyinə hücum” kimi qiymətləndirib. O, prezident seçkilərinin nəticələrinə hörmət edilməli olduğunu vurğulayıb.