• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 26.12.2020 18:23

Ailəsi şəhidin doğum gününü qeyd edir

Bu gün hər kəs onu anır, yad edir, axı doğum günüdür onun, şəhid Nürəddin Hümbətovun. Vətən müharibəsində canından olan əsgərin ailə üzvləri, yaxınları, əzizləri bu günü onun qəbri üstündə qeyd edir.

Samuxda dünyaya göz açan Nürəddin Hümbətov ailənin ilki olub, ərkəsöyün böyüyüb. Həmişə vətənə, torpağa bağlılığı ilə seçilərək öyrək də olub. Hələ məktəb yaşlarından arzusu hərbiçi olmaq olub Nürəddinin Hərbi xidmətdə müddətdən artıq qulluqçu kimi qalması da bununla əlaqəlidir. Nizam-intizamı ilə diqqət çəkən əsgər Vətən müharibəsi başlayandan Hadrut, Suqovuşanın, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Azad edilən hər qarış torpağın sevincini ailəsi ilə bölüşüb. Ta noyabrın 6-dək. Şuşa uğrunda gedən qızğın döyüşlər Nurəddinin həyatında sonuncu olur, elə müharibənin də .

Maksim Hümbətov şəhidin əmisi: Biz onunla həmişə fəxr etmişik. O həmişə qabaqcıl oğlan olub. Könüllü olaraq döyüşlərə qatılıb. Murov döyüşləri başa çatdıqdan sonra könüllü Şuşaya gedib. Dövlət başçısı bizim şəhidə iki orden verdi. Biz prezidentimizə təşəkkür edirik.

Kəmalə Cəfərova şəhidin bibisi: Avtobusda gedə-gedə avtobusda söyləyibdi. Bütün uşaqlar deyir ki, Nürəddin bizi həmişə ruhlandırırdı. Elə qeyrətli bala olub.

Elnarə Hümbətova şəhidin əmisi qızı: Biz eyni həyətdə bir birimizin gözünün qarşısında böyümüşük. Həmişə deyirdi ki, müharibə olar torpaqlarımızın azad olunması üçün döyüşlərə qatılaram. O şəhid olduqdan sonra dövlət başçımız iki medalla təltif edib. Bu diqqət üçün ali baş komandana minnətdarlığımız bildiririk.

Şəhid Nürəddin Hümbətovun tək bir arzusu var idi. Vətən müharibəsi tez başa çatsın və torpaqlarımız işğaldan azad olsun. Doğum gününü isə işğaldan azad edilən torpaqlarda xidmət olan hərbiçi kimi qeyd etsin. İndi Nürəddin Hümbətovun ruhu o torpaqlarda gəzir, azad torpaqlarda.

Elnur Vahidoğlu