• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 25.12.2020 19:35

Qadının evindən külli miqdarda narkotik aşkarlandı

KepezTV Player

Polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyatlar keçiriblər. 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Pərvin Vəliyeva adlı şəxs saxlanılıb. Onun üzərinə və evinə baxış zamanı ümumilikdə 4 kiloqram 709 qram  heroin, 3 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, Vəliyeva narkotik vasitələri satmaq məqsədilə sosial şəbəkələrdə tanış olduğu əcnəbidən əldə edib. Daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərlan İsrafilov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış keçirilib, 100 qrama yaxın heroin, 120 qram marixuana, 73 qram metamfetamin, 3 ədəd elektron tərəzi və bir ədəd tapança aşkar edilərək götürülüb. Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəmil Əhmədov saxlanılıb. Ondan 1 kiloqram 150 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələri Cəmil Əhmədova həmyerlisi Cəlal Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib. Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş şəxslər - Məhəmməd Həbibov və Aynur Yaqubova saxlanılıblar. Məhəmməd Həbibovdan 1 kiloqram 144 qram heroin, 175 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Aynur Yaqubovadan isə 130 qrama yaxın heroin aşkar edilərək götürülüb. Sonuncu silsilə əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də  əməliyyat-axtarış tədbirləri davam etdirilir.