• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 22.12.2020 16:28

“Cəsur döyüşçü” medali ilə təltif olunan qazi

KepezTV Player

Vətən Müharibəsində igidliyi ilə seçilən döyüşçülərdən biri də qazi Kamil Nəsibovdur. Samux sakini olan qəhrəmanımız ölkə başçısı tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Döyüşlərdə göstərdiyi şücayəti ilə fərqlənən igidimizi daha yaxından tanıyaq.

31 yaşlı Kamil Nəsibov. 10 ildir gizir kimi hərbi xidmətdədir. Vətən müharibəsinə Kamil Nəsibov Talış kəndi istiqamətində başlayıb. Düşmənin bir neçə ağır texnikasını və canlı qüvvəsini dəqiq zərbələrlə məhv edərək özü də güllə yarası alıb.

Kamil Nəsibov qazi: Talış kəndi yüksəkliyində yenə döyüşlər davam etdi. Texnikalarla düşmənin mövqeylərinə atəş açırdıq onları susdururduq. Lazımı cavablarını verirdik. Ayın-28-i günü axşam saatlarında biz mövqeyimizi dəyişən zaman düşmənin atdığı minamyot zərbəsindən mənim texnikam dərəyə aşdı və mən ayağımdan yaralandım.

Kamil Nəsibov 2016-cı ilin aprel döyüşlərinin də iştirakçısı olub. Həm 4 il öncə, həm də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanımızın sücaəti siqqətdən kənarda qalmayıb.

Kamil Nəsibov qazi: Şükürlər olsun yəni layiq olduğum dərəcə cənab Ali baş Komanımız tərəfindən verildi. “Cəsur döyüşçü” medalı ilə təltif olundum. Eyni ilə mənim döyüşçü yoldaşlarım hərbiçi yoldaşlarımda bu sıralarda var. Fərqli-fərlqi medallarla.

İndi tək qazimiz deyil, bütün ailə üzvləri və yaxın qohumları Azərbaycan ordusunun şanlı qələbəsinə sevinir. Kamil kimi vətən oğullarının canı və qanı bahasına əldə edilən qələbədən ağız dolusu danışırlar.

Dövran Nəsibov qazinin qohumu: Bu gün hamı fəxrlə deyir müharibədə qələbə bizim oldu. Torpaqlarımız özümüzdədir. Dağıdılan torpalqrımız da Ali Baş Komandanımızın səyi nəticəsində bərpa olunacaq. Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa və bütün Qarabağ əvvəlkindən də yaxşı şəraitdə olacaq.

Kamil Nəsibovun indi bir istəyi var. Tezliklə sağalıb ordu sıralarına geri dönmək.