• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 16.12.2020 12:29

Ombudsman əsir və girovlarla görüşüb

KepezTV Player

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva girovluqdan və əsirlikdən azad edilən Dilgəm Əsgərov və Şahbaz Quliyev, habelə Vətən müharibəsinin iştirakçısı olan 12 hərbi qulluqçumuzla görüşüb. Ombudsman bu şəxslərin müayinə və müalicə olunduqları müəssisədə onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb. Ermənistan tərəfindən Azərbaycanlı girovlara, habelə yaralanan və əsir düşən hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub.