• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 15.12.2020 16:36

Nokia PureBook X14 noutbukunu təqdim edib

11 illik fasilədən sonra Nokia brendi PureBook X14 adlı yeni nəsil noutbuk modelini təqdim edib. Yeni noutbuk alüminium materialdan hazırlanmış gövdə, 14 düym Full HD ekran, 10-cu nəsil Intel Core i5 prosessoru və bir çox giriş əldə edib. Nokia PureBook X14 modeli orta büdcəli noutbuk qismində çıxış edir. O, 10-cu nəsil Intel Core i5-10210 prosessoru əsasında hazırlanıb. Sözügedən prosessorun nüvəsi adi rejimdə 1.6 GHz tezlikdə, TurboBoost rejimində isə 4.2 GHz tezlikdə çalışır. Nokia PureBook X14 modeli 1920x1080 piksel keyfiyyətli 14 düym ekran ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən ekranın özü Dolby Vision texnologiyasını dəstəkləyir.