• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 15.12.2020 12:22

Bu günü gözləyən Əsgərovlar

KepezTV Player

Erməni girovluğundan qurtulanlar sırasında Dilqəm Əsgərov da var. Kəlbəcərin Şapılar kəndindən olan Dilqəm Əsgərov 2014-cü ilin iyulunda dədə-baba torpaqlarına öz yaxınlarının qəbirlərini ziyarət etmək üçün gedərkən ermənilər tərəfindən qanunsuz olaraq həbs edilib. 6 ildən artıq erməni tərəfində saxlanılan Dilqəm Əsgərovun ailəsi onun azad olunacağı günü səbirsizliklə gözləyirdi. Kəlbəcərdən didərgin düşəndən sonra Şəmkir rayonun Çinarlı kəndində məskunlaşan ailə heç vaxt onun qaytarılacağı ilə bağlı ümidlərini üzməmişdilər. Nəhayət 4 övladı olan Dilqəm Əsgərov da ötən gün Bakıya gətirilib. İndi adını daşıyan 2 yaşlı balaca Dilqəm və digər ailə üzvləri onun evlərinə gəlişini səbirsizliklə gözləyir.

Firuzə Əsgərova - Dilqəm Əsgərovun həyat yoldaşı: Qondarma Dağlıq Qarabağda Dilqəmə ömürlük həbs cəzası verdilər. Neçə illər idi ki, Dilqəm Şuşa qalasında yatırdı. Iki üç aydan bir Qızılxaç komitəsinin həkimləri gedirdi həmişə də deyirdi yaxşıyam. Həmişə tapşırırdı ki, uşaqlardan nəvələrdən muğayat olun. Mətbuatdan eşitdik, qohum-əqraba zəng vurdu çox sevindik. Bu günkü günə çox şükür cənab ali baş komandan İlham Əliyevə çox minnətdaram. Çox təşəkkür edirəm.