KepezTV Player
Bu gün Şəmkirdə daxil olmaqla 11 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 35 fərdi yaşayış evi verilib. Bu kateqoriyadan olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirin davamı kimi qiymətləndirilən proqramın icrası nəticəsində bu il 1100-dən çox ev və mənzil təqdim edilib. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, bu müharibədə yaralanan hərbçilərimizin sosial dəstəklə əhatə olunması üçün də məqsədyönlü işlər aparılır.
- Baxış: 160