KepezTV Player
Ermənistan tərəfi uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. WhatsApp, Telegram, sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə üçün əldə olan video-görüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə pul məbləği təklif edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, vətəndaşlar tanımadıqları şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, mesajları ''spam'' olaraq şikayət etsinlər.
- Baxış: 301