• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 807
— 10.12.2020 19:48

“Bu tarixi zəfər bizim birliyimizin təcəssümüdür”

KepezTV Player

“Bu tarixi zəfər bizim birliyimizin təcəssümüdür”. Bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Prezident İlham Əliyev bildirib. “Türkiyə Prezidentinin bəyanatları Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycan haqq davasına, Vətən Müharibəsinə başlayıb və Türkiyə Azərbaycanın yanındadır. Biz tarixi ədaləti bərpa etdik, uzun illər sürən işğala son qoyduq", deyən dövlət başçısı onu da ki, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq. Türk qardaşlarımızın yardımı ilə buna nail olacağıq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Bu gün biz artıq konkret layihələr barədə danışdıq. Yol, dəmir yolları layihələri və infrastruktur layihələrində Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər. Bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək. Biz danışdıq ki, Türkiyə şirkətlərinin Şuşa şəhərinə inşa edəcəyi yeni avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik".