• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 10.12.2020 12:23

Qoruyucu vasitələrdən istifadə etməyənlər

KepezTV Player

Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq üçün polis əməkdaşları qabaqlayıcı tədbirləri davam etdirilir. Göygöl rayonunda da asayiş keçikçiləri açıq və qapalı məkanlarda tibbi maskalardan istifadəyə nəzarət edir. Yazılan protokollara və tutulan iradlara baxmayaraq bir çox vətəndaşların hələ də virus təhlükəsindən çəkinmədiyi müşahidə olunur.

Əksər vətəndaşlar tibbi maskadan istifadə etməmələrinə səbəb kimi tütün məmulatları qəbul etdiklərini əsas gətirirlər. Ancaq unudurlar ki artıq tütün məmulatlarından yalnız xüsusi ayrılmış yerlərdə istifadə etməyə icazə verilir. Göygöl rayon polis şöbəsi əməkdaşları rayon ərazisində apardığı yoxlamalar zamanı bəzi digər faktlarla da qarşılaşıblar. Marekt və mağazalarda əskər satıcı və müştərilərin qoruyucu vasitədən istifadəsi təqdirə layiq olsa da bir çox məhsulların satşında təmasın qorunmadığı məlum olub.

Göygöl rayon İcra Hakimiyyətinin məsul şəxslərinin də iştirak etidyi yoxlamalar zamanı ət və ət məhsullarının satış köşklərinə də baxış keçirilib. Belə obyektlərdə bir sıra qüsurlar aşkarlanıb. Bəzi satıcıların yalnız polisi gördükdən sonra tibbi maskadan istifadə etdiyi diqqətdən yayınmayıb.  

Yoxlamalar zamanı rejimin tələblərinə əməl etməyən, xüsusi ilə də tibbi maskadan yararlanmayan şəxslər bir qayda olaraq inzibati xətalar məcəlləsinə əsasən cərimələniblər.

Ümumilikdə gün ərzində Göygöl rayon polis şöbəsinin əməkdaşları 10 şəxs barəsində inzibati protkol tərtib edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Natiq Hüseyn