KepezTV Player
Bu gün COVID-19 xəstələrinin böyük hissəsi evlərdə izolyasiya olunub, amma onlar buna nə dərəcədə əməl edirlər?! Düzdür, bu xəstələrin evdən çıxmaq qadağası var, amma onlar ev daxilində olsa belə, izolyasiya qaydalarına düzgün əməl edirlərmi? Bunların özü də sual altındadır. Bu barədə TƏBİB-dən məlumat verilib.Vurğulanıb ki,bu havaların soyuması, fəsillərin dəyişməsi ilə əlaqədardır. Amma artım tendensiyası belə davam edərsə, yoluxma sayı getdikcə çoxalacaq. Evdə müalicə olunan xəstələrin hər bir ailə üzvü növbəti günlər üçün potensial xəstə hesab olunur. Bu səbəbdən də evdə müalicə alan koronavirus xəsətəsi özünü digər ailə üzvlərindən maksimum təcrid etməli, izolyasiya qaydalarına riayət etməlidir.
- Baxış: 159