• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2158
— 09.12.2020 20:05

“Azərbaycan əsgəri” adı əbədiləşdirilir

KepezTV Player

Qarbağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirən vətən oğullarının xatirəsi Şəmkirdə əbədiləşdirilir. Rayonda Azərbaycan əsgərinin şərəfinə abidə kompleksi yaradılır.  

"Əsgər" heykəli adlı kompleks Şəhidlər xiyabanının ərazisində yerləşəcək. Xiyabana girişlə üzbəüz ərazidə ucaldılacaq abidə ziyarətçilərin diqqətini cəlb edəcək. Rayon İcra Hakimiyyətinin sifarişi ilə milli memarlıq üslubuna uyğun hazırlanaan kompleksdə hündürlüyü 4,5 metr olacaq heykəl ucaldılacaq. Hazırda Şəmkir şəhər bələdiyyəsi tərəfindən ərazidə işlər görülür.

Vüqar Həsənov Şəmkir Şəhər Bələdiyyəsinin sədri Şəmkir şəhər Şəhidlər Xiyabanında bir həftəyə yaxındır işlərə başlamışıq. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün bu layihəni həyata reallaşdırırıq. İşlərin qısa zamanda başa çatdırılması nəzərdə tutulub.

5 hektara yaxın ərazisi olan Şəhidlər Xiyabanında Azərbaycanlıların soqyrımı abidəsi və Şəmkirdən oilan şəhidlərin bir qisminin məzarları yerləşir. Yeni abidə kompleksində şəhid olan, eləcə də itkin düşən bütün Şəmkir sakinlərinin adları yazılan lövhə və vətən, xalq və ordumuza aid deyimlər də yer alacaq.

Pərviz İbrahimov Şəmkir Şəhər icra nümayəndəsi Bilirisniz ki, Şəmkir rayonu qədim tarixə malikdir. Bu rayona istər Almaniyadan istərsə də İngilətərədən eləcə də başqa ölkələrdən tez-tez xarici qonaqlar gəlir. Həmin qonaqları Azərbaycanın tarixi keçmişi ilə yaxından tanış etmək və şəhidlərimizi yaşatmaq üçün bütün Şəmkir şəhidlərinin və itkin düşən rayon sakinlərinin adları bir neçə dildə yazılaraq löhvələrdə vurulacaq.

Şəmkir rayonu Birinci Qarabağ Müharibəsində 249 şəhid verib, 65 nəfər itkin düşüb. İkinci Qarabağ müharibəsində isə şəhidlərin sayı 50-ni ötüb.

 

Natiq Hüseyn