• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 09.12.2020 19:58

Almaniyanın “ZDF” kanalında Ağdam və Füzulidən reportaj yayımlanıb

KepezTV Player

Almaniyanın “ZDF” telekanalında Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj yayımlanıb. Kanalın Qarabağ bölgəsinə ezam olunmuş müxbiri Azərbaycanın 1990-cı illərdə itirdiyi əraziləri bu yaxınlarda geri qaytardığını qeyd edir. Ağdam və Füzuli rayonlarında yerli sakinlərlə söhbət edən jurnalist bildirir ki, getdikcə daha çox azərbaycanlı bu regiona qayıdır. Reportajda Ağdam şəhərinin dağıntıları da göstərilir. Jurnalist qeyd edir ki, razılaşmaya əsasən Azərbaycanın döyüşsüz nəzarətə götürdüyü üç rayondan biri olan Ağdamın şəhər mərkəzi “ruhlar şəhəri” təəssüratını yaradır. Bura 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş, yerli əhalisi tərk etdikdən sonra talan olunmuş və indiyədək kimsənin yaşamadığı bir ərazidir. Bu şəhəri, həmçinin “Qafqazın Xirosiması” adlandırırlar. Digər bir “ruhlar şəhəri” olan Füzulidə dağıdılmış məscidin xarabalığı təqdim olunur. Müxbir hələ müharibənin acısının təzə olduğunu və ətrafda dağıntıların çox olduğunu qeyd edir.