• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 03.12.2020 09:22

Suqovuşana çəkiləcək yolun minalardan təmizlənilməsi başa çatıb

KepezTV Player

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan təmizlənilməsi əməliyyatı başa çatıb. ANAMA-dan verilən məlumata görə, 118 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina, 4 ədəd tank əleyhinə minanın partladıcısı və 7 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 30 noyabr-2 dekabrda Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd və Tərtərdə mərmilərin aşkar olunması barədə 34 müraciət daxil olub. 303 ədəd partlamamış hərbi sursat, 17 ədəd 9N235 bombacığı, 79 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina, 29 ədəd tank əleyhinə minanın partladıcısı, 3 274 ədəd müxtəlif çaplı patronlar, 5400 qr barıt və 112 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.