• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 28.11.2020 16:31

Ermənistanın atdığı “Smerç” muzeyə verilib

KepezTV Player

Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib. Bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”, - deyə Hacıyev yazıb.