• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 26.11.2020 16:22

Qanunsuz sərnişin daşıyanlar

KepezTV Player

Koronavirus pandemiyası ilə əlaqədər avtovağzalların fəaliyyəti dayandırılsa da müxtəlif ünvanlardan bölgələrə və paytaxt Bakıya qanunsuz şəkildə sərnişin daşıyanların sayı günbəgün artmaqdadır. Bu kimi halların qarşısını almaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsi tərəfindən reydlərə başlanılıb. Yoxlamalar zamanı xeyli sayda sürücünün qanunsuz sərnişindaşıma ilə məşğul olduğu üzə çıxıb.

Dövlət Nəqliyyat Xidmətinin müfəttişlərini görən kimi xüsusi lövhəni gizlətməyə çalışan bu sürücü sərnişindaşıma ilə məşğul olduğunu inkar etsə də sərnişinləri onun yalanını üzə çıxarıb. Mikroavtobus və şəxsi nəqliyyat vasitələri ilə sərnişin daşıyanları Gəncənin həm qərb, həm də Bakı istiqamətində çıxışlarında hər gün görmək mümkündür. Sürücülər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışsalar da bu onları məsuliyyətdən qurtarmayıb. 

Yoxlamalar zamanı sürücülərə tələb və tövsiyyələr izah olunub. Bu kimi hallara yol verən şəxslərin cərimə ediləcəyi diqqətə çatdırılıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsindən bildirilib ki, bu ilin martından etibarən avtobus və mikroavtobuslarla sərnişin daşıma üçün heç bir rəsmi sənəd verilmir.

İsa Quliyev - DANX-nin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi Şəhərlərarası sərnişin daşıma dayandırılıb. Qətiyyən bizim tərəfimizdən həmin nəqliyyat vasitələri heç bir sənədlə təmin olunmur. Çünki pandmeiya ilə əlaqədər olaraq şəhərlərarası sərnişin daşıma dayandırılıb.

Gəncə və Naftalan şəhərləri ilə yanaşı Samux, Göygöl, Daşkəsən və Goranboy rayonlarına xidmət göstərən şöbə əməkdaşlarının yoxlamaları davam edir.

 

Natiq Hüseyn