• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1817
— 23.11.2020 20:39

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

KepezTV Player

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. Prezident İlham Əliyevə müraciət edən Azərbaycanın Rus İcması ordumuzun qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etməklə Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdiyinə diqqət çəkib. "Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq" - deyə müraciətdə vurğulanır.