• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 21.11.2020 09:16

Nazirlər üçtərəfli razılaşmanın icrasından danışdılar

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramov Fransalı həmkarı Jan İv Lö Drian ilə bölgədəki son vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Nazirlər Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi, dini abidələrin vəziyyətinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın həyata keçirilməsini qeyd ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.