Gəncədə erməni təxribatı nəticəsində evləri yararsız hala düşən sakinlərin gündəlik həyat və məişət qayğıları dövlətin diqqət mərkəzində saxlanılır. Onların günədlik qidalanması pulsuz şəkildə təmin edilir. Şəhər rəhbərliyi vaxaşırı ailələrin yaşam vəziyyəti ilə maraqlanır, qarşılaşdıqları çətinliklər dərhal aradan qaldırılır. Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər əməkdaşları Azərbaycan Dövlət Aqrar Universtetinin yataqxanasında müvəqqəti məskunlaşan Muxtar Hacıyev küçəsinin sakinləri ilə növbəti görüşünü keçirib. Görüşdə sakinlərin təklif və müraciətləri dinlənilib. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər. Görüşdə universitetin yataqxanasına müvəqqəti pənah gətirən balaca sakinlərə hədiyyələr təqdim olunub.
- Baxış: 235