• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 19.11.2020 20:08

Türkiyədən olan elm adamları erməni qətliyamını pisləyir

KepezTV Player

Beynəlxalq Türk Akademiyasının nümayəndə heyəti Gəncədə səfərdə olub. Qonaqlar Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu yerlərə baş çəkiblər. Şəhərin məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulması, gecə saatlarında dinc sakinlərin hədəf seçilməsi cinayət kimi dəyərləndirilib. Türiyədən olan elm adamları erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə anıb, evləri dağılan sakinlərlə söhbət ediblər.

Darxan Kıdırəli - Beynəlxalq Türk Akademiyasının prezidenti: Biz beynəlxalq təşkilat olaraq bunu qınadıq və bununla bağlı bəyanat verdik. Ancaq özüm bu gün bura xüsusi gəldim ki, Gəncənin və Azərbaycanın yanında olduğunu bildirim. Gəncə dünyada ədəbiyyat şəhərlərdən biridir, Türk şəhəridir.Ancaq bura raket atılması və mülki şəxslərin şəhid olması bizi xüsusi ilə üzdü. Müharibədə qələbə çalınması və Qarabağın azad olunması ölənlərin ruhunu şad etmişdi. Azərbaycanın qələbəsi mübarək olsun.