• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 19.11.2020 20:05

Dövlət tərəfindən şəhidin evi təmir olunub

KepezTV Player

Gəncə şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə vətən müharibəsində canından keçərək şəhid olan Canlar Cavadovun ailəsinin yaşadığı ev əsaslı təmir edilib. 5 övladı olan şəhidin ailə üzvləri ilə söhbət zamanı müddətdən artıq hərbi qulluqçu olan Canlar Cavadovun döyüşlər başlayan ilk günlərdə şəhadətə qovuşduğu bildirilib. 3 qızı, 2 oğlu olan şəhidin böyük övladının 12 yaşı var, ən kiçiyi isə 9 aylıqdır. İstifadə üçün tam yararlı olmayan evin dövlət tərəfindən əsaslı təmir edildiyi və yaşayış üçün hər cür şərait yaradıldığı vurğulanıb.

Gülnarə Ramazanova - şəhidin qayınanası: İki otaq idi, otaqlar da hazır deyildi. Suvaq, tavan yox idi. Burada da balaca artırma var idi, çox bərbad halda idi. Allah düzəldənlərin canına sağlıq versin. Şəraitli gözəl ev düzəldiblər. Prezidentin, Mehriban xanımın düzəltikləri evə görə, bizə göstərdikləri qayğıya görə Allah köməklərində dursun, çox razıyıq.