• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 14.11.2020 19:48

Ümumdünya Diabetlə Mübarizə Günüdür

KepezTV Player

Hazırda dünya üzrə 450 milyondan artıq insan şəkərli diabetdən əziyyət çəkir. Xəstəliyin əksəriyyət üçün həyat tərzinə çevrildiyi bir vaxtda ölkəmizdə isə 300 mindən çox insan diabetlə mübarizə aparır. Rəqəmlər dəhşət doğurarkən, tibb işçilərinin ehtimalı da qan qaraldır. Onlar hazırki gedişata əsasən, 2040-ci ilədək xəstəliyə yoluxanların sayının 642 milyona çatacağını təxmin edirlər.

Az hərəkətlilik, artıq çəki və zərərli vərdişlər. Şəkərli diabeti yaradan əsas amillər bunlardır. Amma xəstəliyin geniş vüsət almasında  irsiyyət faktoru da müəyyən qədər rol oynayır və aparılan müşahidələr xroniki xəstəliyin pandemiya həddinə çatdığını təsdiqləyir. Təsadüfi deyil ki, hazırda Gəncə şəhərində 13600 şəkərli diabet xəstəsi var və onları Covid-19 adlı təhlükənin aktual olduğu ərəfədə ikiqat təhlükə gözləyir. Çünki şəkərli diabetdən əziyyət çəkən xəstələr koronavirusu daha ağır fomada keçirirlər.

Erkən diaqnostika xəstəliyi daha yüngül formada keçirməyə şərait yaradığı kimi, onla mübarizə tədbirləri də mühim əhəmiyyət daşıyır. Həkimlər şəkərli diabetə yoluxmamaq üçün əməl olunması vacib nüansları açıqlayır.

Diabetdən əziyyət çəkənlər hər nə qədər çətin olsa da, özlərinə qarşı müəyyən qadağalar qoyur, məhrumiyyətlə yaşayırlar. Çünki sağlamlıq bizə bəxş olunan ən dəyərli nemətdir və həyat şəkərdən də şirindir.