• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 12.11.2020 15:49

Paşinyan bəyanatı niyə imzaladığını açıqladı?

KepezTV Player

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edərək Qarabağla bağlı sənədi imzalamasının səbəblərini izah edib. Onun sözlərinə görə, Ermənistan və xalqı çox çətin günləri yaşayır. İnsanların qəlbində və ruhlarında kədər, gözlərində yaş var. “Müharibə 27 sentyabrda başladı, bir sənədin imzalanması ilə başa çatdı, bu da xalqın məyusluğuna və cavabları məndən gözlənilən bir çox suala səbəb oldu. Sənəd niyə imzalanıb? Bu, Baş Qərargahın hər dəqiqənin çox vacib olduğunu, hərəkətlərin dayandırılmalı olduğunu bildirdiyi şəraitdə baş verdi. Mühasirəyə alınacaq 25 min əsgərin həyatını karyeramdan və həyatımdan üstün tutdum və sənədi imzaladım ” – deyə Baş nazir bildirib.