KepezTV Player
Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Həlak olanların sayı 44 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. 229 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.
- Baxış: 469