• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 28.10.2020 10:17

Ceyhun Bayramov Türkiyə XİN-ə Bərdə terroru ilə bağlı dəstəyinə görə minnətdarlıq edib

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-ə Bərdə terroru ilə bağlı dəstəyinə görə minnətdarlıq edib. Tvitterdə "Sevincimizi və kədərimizi bölüşən qardaş Türkiyə, çox sağ ol!" yazan nazir "Ermənistanın növbəti müharibə cinayətini şiddətlə qınayır və düşmənin namərd hücumunun qurbanlarının ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildiririk! Vətən sağ olsun!", - deyə paylaşımında qeyd edib.

Türkiyənin Xarici İşlər Nazirliyi Bərdənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı yaydığı bəyanatda Ermənistanın mülki insanları hədəfə alması pislənilir. Vicdanı və məsuliyyəti olan ölkələr Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə dur deməyə çağırılır. Türkiyə XİN Minsk Qrupu həmsədrlərinin müdaxiləsi ilə bu günə qədər əldə edilən 3 atəşkəsin hər dəfə Ermənistan tərəfindən pozulmasına həmsədr ölkələrin səssiz qalmasını səbəbsiz hesab etmir.