• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 14.10.2020 22:19

Erməni vandallığının müasir siması

KepezTV Player

Soyqırım və terrorizm. İnsan faciəsi kimi qəbul edilən bu vəhşiliyi bütün dünya qəbul etmir və lənətləyir. Lənətə gəlmişlərdən başqa. Erməni xislətindən irəli gələrək nankor siyasətini davam etdirən işğalçı ölkə cəbhədə gedən döyüşlərin istiqamətini yenə də dinc əhaliyə qarşı yönəldir. Müharibə veteranları da bunu faşistlərin ikinci dünya müharibəsində etdikləri ilə əlaqələndirirlər.

Alman işğalçıları ikinci dünya müharibəsində belə hərəkət etməmişdilər. Onlar yalnız düşmən-düşmənlə vuruşurdu. Bu günkü gündə ermənilər sübut etdilər ki, onlar faşistlərdən də pisdi.

Böyük vətən müharibəsinin veteranı Tofiq dayı Gəncənin raket hücumlarına məruz qalmasını belə ifadə edir. Deyir şəhərdə erməni vandallığını sübut edən bu mənzərə hər kəsdə düşmənə nifrət hissi oyadır.

Tofiq Hüseynov Böyük Vətən müharibəsinin iştirakçısı: Biz mərd hərbiçilərlə vuruşuruq, arvad uşaqla mülki insanlarla vuruşmuruq. Şəxsən mənim 99 yaşım olmağıma baxmayaraq bu günkü gündə də çağırış olsa da mən canla vətəni qorumağa gedərəm.

Gəncənin aktiv hərbi əməliyyatların getdiyi ərazidən uzaqda yerləşməsi, eləcə də atılan reaketlərin dinc sakinlərə hədəflənməsi ermənilərin məkirli niyyətinin təzahürüdür. Bu xislət faşizmi idealogiya seçən ölkə üçün xasdır. Hansı ki, 1-ci Qarabağ müharibəsi dönəmində də bunun şahidi olmuşuq.

Yusif Məmmədov ikinci qrup əlil: Polis əməkdaşı kimi 1991, 92 və 93-cü illərdə şəxsi heyyətimlə birlikdə ön cəbhədə olmuşam. Biz ermənilərlə vuruşan zamanı mülki vətəndaşlarımıza, evlərə atəş açırdılar. Bunlar o vaxtdan xisləti odur ki, mülki vətəndaşları qırsın. Bunlar bizə soyqırım etdilər, Xocalını qırdılar. Bunlar indiki vaxtda da yaşayış məntəqələrimizi, əhalimiz atəşə tuturlar, öldürürlər.

Lakin indi nə 90-cı illərin əvvəli, nə də o vaxtkı kimi nizamsız ordu var. Xalq cəbhədə tarix yazan müzəffər ordusunun qaələbə xəbərlərinə sevinir və əmindir ki, silahlı qüvvələrimiz işğal altındakı torpaqları düşmən tapdağından tam azad edəcək. Dövlət-xalq vəhdəti də bunu şərtləndirir.

Tofiq Hüseynov Böyük Vətən müharibəsinin iştirakçısı: Mən öz orduma inandığım üçün onların qeyrətli döyüşdüyü üçün öz təqaüdümdən orduya pul ayırmışam. Gələcəkdə də nə lazımdı ödəməyə hazıram.

Faşizim üzərində qələbənin sevincini yaşıyan 99 yaşlı Tofiq Hüseynovun Azərbaycanın vətən müharibəsində zəfər çalacağı günü gözləyir. Cəbhədən gündəlik olaraq eşitdiyi xəbərlər indi onu qələbə paradında iştiraka ruhlandırır. 75 il öncə olduğu kimi.

Elnur Vahidoğlu