• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1234
— 13.10.2020 15:41

160 sahibkarlıq subyektinə ziyan dəyib

KepezTV Player

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərliyi Gəncə və Bərdədə Ermənistanın hərbi təxribatından ziyan çəkən sahibkarlarla görüşüb, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəyən ziyanla yerində tanışlıq olub. Hazırda sahibkarlıq subyektlərinə dəyən zərərin müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda isə dəyən zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə KOBİA-ya məlumat daxil olub. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarındandır. Ermənistanın hərbi təxribatından daha çox ailə təsərrüfatlarına, ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə, çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib.