• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 11.10.2020 13:48

Gəncədə düşmənin raket atəşindən ölənlərin sayı artıb

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində ölənlərin sayı artıb. Baş Prokurorluğun məlumatına görə, 4-ü qadın olmaqla 9 nəfər həlak olub.