• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 09.10.2020 14:12

Düşmənin Füzulidə atəşə tutduğu evlər

KepezTV Player

Ermənistan ərazisindən Füzuli rayonu ərazisinin raket atəşinə tutulması nəticəsində mülki obyektlərə ciddi ziyan dəyib. Rayonun Kərimbəyli, Babi, Şükürbəyli və Qarabağ kəndlərindəki evlər yararsız vəziyyətə düşüb. Qarabağ kənd sakinləri 38 yaşlı Samir Hidayət oğlu Əsədov, 62 yaşlı Nizami Cəfər oğlu İbrahimov və 52 yaşlı Alman Ənvər oğlu Abbasov yaşadıqları evlərə mərmi düşməsi səbəbindən müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. ANAMA-nın Füzuli regional idarəsinin əməkdaşı 38 yaşlı Əsədov Samir Hidayət oğlu da ağır şəkildə yaralanıb. Xəstəxanaya çatdırılan zərərçəkəndə 3 qəlpə yarası aşkar edilib. Vəziyyəti ağır qiymətləndirilir.